Azərbaycan Hərbi Hava Qüvvələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Hərbi Hava Qüvvələri
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1919 — h.h
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları
Vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü havadan müdafiə
Sayı 12.000
Qərargah Nasosnı aviabazası
Döyüşlər
Komandanlıq
Komandir Namiq İslamzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan MüdafiəAzərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri.

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.[1]

Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk təyyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib. 2014-cü ildən komandan Ramiz Tahirov olub. 2024-cü ildə Namiq İslamzadə komandan təyin olunub.[2]

1994-cü ildə — atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə — Azərbaycanın illik hərbi büdcəsinin 80–90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir.[3]

Proqrama uyğun olaraq, 2008–2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləşdirilməsi aparılacaq və HHQ-nin aviaparkı təxminən 50%-dək müasir döyüş təyyarələri hesabına yeniləşdirilmişdir. Hərbi Hava Qüvvələrinin aerodromlarının modernizasiya proqramında Azərbaycanın ən aktiv tərəfdaşı ABŞ-dır. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib.

2008-ci ilin sentyabr ayından etibarən, HHQ-nin mərkəzi idarəetmə sisteminin modernizasiya olunmasına Türkiyə kömək edib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılacaq.

Azərbaycanda Rusiya Aerokosmik Qüvvələri tərəfindən idarə olunan Qəbələ RLS də var. Bu RLS Hind okeanına qədər olan ərazidən, yəni təqribən 6,000 km radiusda atılan istənilən raketi aşkar edə bilirdi. Lakin, 2012-ci ilin dekabr ayında Rusiya radarın işləmə müddətini uzatmaqla bağlı danışıqların uğursuzluqla nəticələndiyini bildirdi və RLS fəaliyyətini dayandırdı. Stansiya Azərbaycana geri verildi və RLS-ə aid olan bütün avadanlıqlar Rusiyaya aparıldı.

Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

HHQ müharibələrdə

[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda da helikopterçilərimiz 1993-cü ilin oktyabrında Kəlbəcərin işğalı zamanı 5 min nəfərin mühasirədən çıxarılmasında misilsiz qəhrəmanlıqlar göstərmişlər.

Hərbi Hava Qüvvələri Aprel döyüşlərində düşmənə uğurlu zərbələr endirmişdir. Döyüşdə 1 Mi-24 helikopteri itirilmiş, onun pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə şəhid olmuşdular.

Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlandı.[4] Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Ikinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukruznik” kimi tanından AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirildi. Plan uğurla icra olundu və ilk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarıldı.[5] Bayraktar TB2, DSX-nin “IAI Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv elədi.[6]

Vətən müharibəsində 2 pilotumuz - Zaur NudirəliyevRamiz Qasımov şəhid oldu və hər ikisi ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olundular. Namiq İslamzadə, Elnur Qebedov, Rəşad Nadirov, Səfər Qurbanov, Rəşad Qasımlı da eyni mükafata layiq görüldü. Vətən müharibəsində DSX pilotları Abbas QasımovXalid Gözəlov da ilk günlərdə şəhidlik zirvəsinə ucaldılar.[7]

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

İyul 2019-cu ildə Rəşad Atakişiyevin idarə etdiyi MiQ-29 qırıcı təyyarəsi Xəzər dənizi, Zarat kəndində uçuş edərkən qəzaya uğrayaraq şəhid olmuşdur.

2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuş, daha iki nəfər də yaralanmışdır.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci il məlumatına görə 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-29, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.[8]

2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə "Super Mushshak" təyyarələrini təhvil verməyə başlayıb.

2020-ci ilin iyununda isə Türkiyədən yeni Silahli PUA-lar (Bayraktar TB2) alınmışdır.

26 iyun 2024-cü ildə Azərbaycan İtaliyadan Alenia C-27J Spartan hərbi nəqliyyat təyyarəsi almışdır.

25 sentyabr 2024-cü ildə Azərbaycan Pakistandan JF-17C Thunder Block 3 çoxməqsədli döyüş təyyarəsi almışdır. JF-17C Thunder Block 3 MiQ-29 döyüş təyyarəsini əvəz edəcək.[9]

Azərbaycandakı hərbi aviabazalar
Azərbaycandakı hərbi aviabazalar

Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.[mənbə göstərin]

Rusiyalı hərbi-siyasi analitiki Aleksandr Xramçixinin iddiasına görə, Azərbaycan HHQ-yə aşağıdakı hərbi hissələr daxildir:

  • 843-cü qarışıq Aviasiya alayı ("Qala" hərbi-hava bazası),
  • 416-cı qırıcı-bombardmançı alayı (Kürdəmir),
  • 408-ci qırıcı alayı (Zeynalabdin bazası),
  • 422-ci kəşfiyyat alayı (Dəllər),
  • 115-ci təlim alayı (Sangəçal)
  • hərbi nəqliyyat alayı (Zeynalabdin bazası):
Azərbaycan HHQ-a məxsus MiQ-29 təyyarələri 2020 ZƏFƏR PARADI zamanı
Azərbaycan HHQ-a məxsus Su-25 təyyarələri 2011 paradı zamanı
Mil Mi-24-lər parad zamanı
Adı Şəkil Mənşə Tipi Variantı İstismardadır Qeydlər
Döyüş təyyarəsi
JF-17C Thunder Pakistan Pakistan
çoxməqsədli Block 3 24 ədəd sifariş edilib[10][11][12][13][14] İlk 3 ədədi 25 sentyabr 2024-cü ildə Azərbaycan HHQ arsenalına daxil olub.MiQ-29 döyüş təyyarəsini əvəz edəcək.
MiQ-29 SSRİ SSRİ çoxməqsədli MiQ-29S

MiQ-29UB

14[15] Ukraynadan 16 ədəd alınıb. Lakin onlardan 2-si Təlimlərdə Xəzər dənizinə düşüb. 3 ədədi təlimlərdə istifadə olunur[16].JF-17 Thunder döyüş təyyarəsi ilə əvəz ediləcək.
Su-25 SSRİ SSRİ Hücum Su-25
Su-25UB
Su-25ML[17]
32[15]
3
1
2002-ci ildə Gürcüstan Azərbaycana 6 ədəd Su-25 hücum təyyarəsi satıb. Daha 6 ədəd Su-25 və 1 ədəd Su-25UB 2005-ci ildə təhvil verildi, 2008–2015 ildə Gürcüstan Azərbaycana Tbilisi Aviasiya Zavodunun istehsalı olan 15 ədəd yeni Su-25 hücum təyyarəsi satmışdır[18], 2009–2012-ci illərdə Belarusiyadan 11 ədəd SU-25 alınıb.
Lakin 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı 1 ədəd Su-25 qəza edərək yerə çırpılıb.[19] [20] Pilot həlak olub.2011-ci il fevralın 3-də 1 ədəd SU 25 təyyarəsi hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.[21] İkinci Qarabağ müharibəsində Polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 hücum təyyarəsi 4 Oktyabr 2020-ci ildə Ermənistan Hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu.Təyyarənin pilotu polkovnik Zaur Nudirəliyev təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış və həlak olmuşdur.[22]2023-cü ildə Türkiyə müdafiə sənayesi nazirliyi tərəfindən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus Su-25 təyyarələri modernizasiya olunmağa başlanıb.[17]
Nəqliyyat
Alenia C-27J Spartan İtaliya İtaliya Nəqliyyat NG 2 ədəd sifariş edilib[23] 1 ədədi 26 iyun 2024-cü ildə Azərbaycan HHQ arsenalına daxil olub
CASA CN-235 İspaniya İspaniya Nəqliyyat 4
İlyuşin İL-76 SSRİ SSRİ Nəqliyyat İL-76TD 2[24]
Helikopter
Bell 412 ABŞ ABŞ Çoxməqsədli AB 412 Naməlum[15] [16]
Bell 407 ABŞ ABŞ Çoxməqsədli Naməlum[15] [16]
MD Helicopters MD 500 ABŞ ABŞ Çoxməqsədli MD 530 Naməlum[15] [16]
Mil Mi-35 Rusiya Rusiya Hücum Mi-35M 24[25]
ATE SuperHind Cənubi Afrika Respublikası CAR
Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Hücum Mi-24G SuperHind 12[26] "Mi-24G" CAR-ın "ATE" şirkəti və Ukraynanın Luç dizayn bürosu tərəfindən Mi-24 helikopterlərinin Azərbaycan HHQ üçün hazırlanan xüsusi modifikasiya olunmuş versiyasıdır. "G" hərfi "Gecə" mənasını verir və helikopterin gecə əməliyyatlarında effektiv olmasını bildirir.[16]
Mil Mi-24 SSRİ SSRİ Hücum Mi-24V
Mi-24P
14[15]
Mil Mi-17 Rusiya Rusiya Çoxməqsədli / Nəqliyyat Mi-17–1V 70[15] [16]
Mil Mi-8 SSRİ SSRİ Çoxməqsədli 13
Ka-27 SSRİ SSRİ Çoxməqsədli Ka-32 4[15]
Təlim
Aero L-39 Çexiya Çexiya Təlim / Hücum 12[15]
Aero L-29 Çexiya Çexiya Təlim 28
PZL Mi-2 Polşa Polşa Təlim 7[15]
PAC MFI-17 Mushshak Pakistan Pakistan Təlim MFI-395 Super Mushshak 10[15]
PUA
Antonov An-2 SSRİ SSRİ
Polşa Polşa
Azərbaycan Azərbaycan
PUA-ya çevrilmiş təyyarə 60 İkinci Qarabağ müharibəsində bilinməyən sayda An-2 PUA-ya çevrilmişdir.[27][28]
Bayraktar Akıncı Türkiyə Türkiyə Hücum Naməlum 2022-ci ildə Azərbaycana ixrac olunub.
Bayraktar TB2 Türkiyə Türkiyə Hücum Naməlum İkinci Qarabağ müharibəsində böyük rol oynadı.[29][30][31][32]
STM Kargu Türkiyə Türkiyə Kamikaze Naməlum
IAI Harop İsrail İsrail Kamikaze Naməlum [33]
Sky Striker İsrail İsrail Kamikaze Naməlum
Orbiter 1k İsrail İsrail
Azərbaycan Azərbaycan
Kamikaze 100+[34][35] Azərbaycanda istehsal olunur.
Orbiter 2M İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Orbiter 3 İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Orbiter 4 İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Hermes 450 İsrail İsrail Müşahidə 12[35]
Hermes 900 İsrail İsrail Müşahidə 15[35]
IAI Heron İsrail İsrail Müşahidə 15[35]
IAI Eitan İsrail İsrail Müşahidə 15
IAI Searcher İsrail İsrail Müşahidə 15[35]
Aerostar İsrail İsrail Müşahidə 14[34][35]
  1. "Bu gün Hərbi Hava Qüvvələri günüdür". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  2. "Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ". Oxu.az (az.). 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  3. "HƏRBİ HAVA QÜVVƏLƏRİ və HAVA HÜCUMUNDAN MÜDAFİƏ QOŞUNLARININ AZƏRBAYCAN ORDUSUNDA YERİ". 2012-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-15.
  4. "Azərbaycan Hərbi Hava Qüvvələrinin Vətən müharibəsindəki əməliyyat planının adı açıqlanıb". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  5. Ermənistanın Hava Hücumundan Müdafiə atəş sistemi və dəf edilmə prinsipləri
  6. "Vətən müharibəsi: "Bayraktar"ım". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  7. "Vətən müharibəsinin ilk şəhidləri olan pilotlar". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  8. ""Azərbaycan Belarusla HHM raketlərinin birgə modernləşdirmə proqramlarını həyata keçirəcək" – HƏRBİ EKSPERT". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  9. "JF-17C (Block-III) çoxməqsədli döyüş təyyarələri Azərbaycan HHQ-nin arsenalına daxil olub". turan.az (az.). 2024-09-25. İstifadə tarixi: 2024-10-30.
  10. "Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB – 2".
  11. Ordu. ""Azərbaycanın alacağı JF-17 qırıcıları Ermənistana qarşı üstünlük əldə etməyə imkan verəcək" – ORYX". Ordu.Az (ingilis). İstifadə tarixi: 2024-09-25.
  12. "Azerbaycan pilotları JF-17 eğitimi için Pakistan'da | SavunmaSanayiST" (türk). 2019-10-06. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  13. "Azerbaycan ; JF-17 Thunder Savaş Uçağı İçin Pakistan İle Anlaşma İmzaladı! - ULU Savunma" (türk). 2024-02-23. İstifadə tarixi: 2024-09-25.
  14. https://ordu.az/az/news/334927/ermenistan-kiv-i--azerbaycan-2027-ci-ile-qeder-pakistandan-24-eded-jf-17c-qiricisi-alacaq
  15. 1 2 3 4 5 6 7 8 9 10 11 |url=https://www.flightglobal.com/download?ac=75345 |title=World Air Forces 2021 |publisher=FlightGlobal |date=4 December 2020 |access-date=5 January 2021 |archive-date=11 January 2021 |archive-url=https://web.archive.org/web/20210111223018/https://www.flightglobal.com/download?ac=75345 |url-status=live }}
  16. 1 2 3 4 5 6 "Centennial of the Azerbaijani Air Force". vayuaerospace.in. 29 October 2018. 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
  17. 1 2 "Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi "Su-25 ML" hücum təyyarələri "Laçın" adlanacaq". Oxu.Az (az.). 2023-07-29. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
  18. "Arxivlənmiş surət". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  19. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-12.
  20. Şəmkirdə Su-25 qəzası
  21. "Arxivlənmiş surət". 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  22. Zaur Nudirəliyev
  23. "Azerbaycan yeni askeri nakliye uçağı C-27J'yi teslim aldı – Tolga Özbek" (türk). 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  24. "WORLD AIR FORCES 2022". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
  25. "Azerbaijan Orders 24 Mi-35M Helicopter Gunships". 5 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2011.
  26. "НІЧНІ КРОКОДИЛИ" Arxiv surəti 4 fevral 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine// Видання Міністерства оборони України "Народна армія", Березень 6, 2015
  27. "Azerbaijani Military Retools Old Crop Duster Planes as Attack Drones". Hetq Online. 31 December 2020. 24 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2021.
  28. "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  29. "Everything We Know About The Fighting That Has Erupted Between Armenia And Azerbaijan". The Drive. 10 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  30. "What Open Source Evidence Tells Us About The Nagorno-Karabakh War". Forbes. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020.
  31. Bensaid, Adam. "A military breakdown of the Azerbaijan–Armenia conflict". TRTWorld. 29 September 2020. 7 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2020.
  32. "Arxivlənmiş surət". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  33. "Arminfo: Azerbaijan uses Israel-made Harop drone against NKR". arminfo.am. 8 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2021.
  34. 1 2 3 4 5 6 "Trade Registers: "Israel to Azerbaijan"". sipri.org. 2015. 14 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2015.

[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azerbaycan yeni askeri nakliye uçağı C-27J'yi teslim aldı – Tolga Özbek" (türk). 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.