Elbit Hermes 450
Hermes 450 | |
---|---|
Tipi | Pilotsuz uçuş aparatı |
İstehsalçı | Elbit Systems |
İlk uçuş | 1994 |
İstismara verilmə tarixi | 1998 |
Status | İstismarı davam edir |
İstismarçılar | İsrail |
Vahidinin qiyməti | 2 milyon $ |
Variantları | Elbit Hermes 900 |
Vikianbarda əlaqəli mediafayllar |
Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur.
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan[1]
- Botsvana[2]
- Braziliya[3]
- Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir.[4]
- Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır.[5]
- Kipr
- Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur.
- Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur.
- Meksika: 2009-cu ildə satın alınmışdır.[6]
- Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur.[7]
- İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.[8]
- ABŞ: Sərhəd Mühafizəsi qoşunları tərəfindən 2004-cü ildə test edilmişdir.[9]
Keçmiş istifadəçilər
[redaktə | mənbəni redaktə et]- {{ {{{1}}}
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}: 2014-cü ilin yanvar ayına olan məlumata əsasən Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Hermes 450 PUA-ları İraq və Əfqanıstanda baş tutan əməliyyatlar zamanı 86,000 saatdan çox uçuş həyata keçirmişdir.[10] 2014-cü ilin sentyabr ayının ortalarında Watchkeeper WK450 PUA silahlanmaya qəbul olunduqdan sonra, Britaniya Ordusu Hermes 450-dən istifadə etməmişdir.[11]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ümumi göstəriciləri
[redaktə | mənbəni redaktə et]- Ekipaj: 0
- Faydalı yük: 150 kq
- Uzunluğu: 6.1 m
- Qanad açıqlığı: 10.5 m
- Ümumi çəkisi: 450 kq
- Güc təminatçısı: 1 × UAV Engines Limited R802/902(W), 39 kVt (52 a.g.)
Uçuş keyfiyyətləri
[redaktə | mənbəni redaktə et]- Maksimum sürət: 176 km/s
- Birbaşa məsafə: 300 km
- Fasiləsiz uçuş: 20 saat
- Uçuş tavanı: 5,500 m
- Dırmanma sürəti: 4.6 m/s
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "News.Az - List of ammunition purchased by Azerbaijan made public". news.az. 2017-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Aviation News - Aviation Industry and Airline Statistics". 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Brazil selects Elbit's Hermes 450 UAV". 2010-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2017.
- ↑ "Elbit Systems sells Hermes UAVs to Colombia". Flightglobal.com. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Elbit Hermes 450 - Unmanned Aerial Vehicle - History, Specs and Pictures - Military Aircraft". militaryfactory.com. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ Garibian, Pablo. "Mexico buys drones, may use for marijuana search". Reuters. 24 avqust 2014. 2010-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Hermes 450". israeli-weapons.com. 2011-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ Ariel Ben Solomon. "Iran vows to send arms to West Bank in response to drone". jp. 25 avqust 2014. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2017.
- ↑ "United Kingdom". thalesgroup.co.uk. 2007-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ British Army confident on Watchkeeper service entry Arxivləşdirilib 2018-03-26 at the Wayback Machine - Flightglobal.com, 16 yanvar 2014
- ↑ British Army praises performance of Watchkeeper during debut deployment Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine - Flightglobal.com, 17 noyabr 2014
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hermes 450 Brochure Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine, Elbit Systems
- Hermes 450 Tactical UAV System Arxivləşdirilib 2017-10-06 at the Wayback Machine, Defense Update
- Hermes 450, Israeli-weapons.com
- Border Patrol to deploy unmanned aerial vehicles, USA Today, 17 may 2004
- Israel Starts Reexamining Military Missions and Technology, Aviation Week & Space Technology, 20 avqust 2006