Azərbaycan Daxili Qoşunları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycanın Daxili Qoşunları
yuxarıdakı Daxili Qoşunların emblemi, aşağıdakı isə Daxili Qoşunların bayrağıdır.
Növü Jandarmeriya
Yaranma tarixi 12 mart 1992 (32 il əvvəl) (1992-03-12)
Ölkə  Azərbaycan
Tabedir Daxili İşlər Nazirliyi
Daxildir Azərbaycan Silahlı Qüvvələri
Vəzifəsi Mühüm hərbi və dövlət obyektlərinin mühafizə və müdafiə edilməsində, zərurət yarandıqda Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında iştirak etmək.
Sayı 7.000-10.000 nəfər
Qərargah Bakı Bakı
Şüarı "Daxili Qoşunlarda xidmətinlə
fəxr et!"
Rəngləri          Göy-qırmızı
Müharibələr 1-ci Qarabağ müharibəsi
2-ci Qarabağ müharibəsi
Döyüşlər Qarabağ müharibəsi (1992–1994)
 • Ağdərə döyüşləri
 • Ağdam döyüşləri
 • Füzuli döyüşləri
Qarabağ müharibəsi (2020)
 • Murovdağ döyüşləri
 • Cəbrayıl döyüşləri
 • Hadrut döyüşləri
 • Füzuli döyüşləri
 • Şuşa döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir gen-ley. Şahin Məmmədov
Qərargah rəisi gen-may. Tofiq Hüseynov
Ş/H üzrə İdarənin rəisi gen-may. İnqilab Muradov
MTT İdarəsinin rəisi gen-may. Fəxrəddin Səmədov
dq.mia.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Daxili QoşunlarıAzərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur.

Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ağdam, AğdərəFüzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, FüzulininŞuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hal-hazırda ümumi olaraq Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.

Daxili Qoşunların Komandanı 2013-cü il noyabrın 15-dən general-leytenant Şahin İsgəndər oğlu Məmmədovdur, Qərargah rəisi 2018-ci il fevralın 15-dən general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur, Şəxsi heyət üzrə İdarənin rəisi 2021-ci il dekabrın 29-dan general-mayor İnqilab Heydər oğlu Muradovdur, MTT İdarəsinin rəisi isə 2007-ci il aprelin 12-dən general-mayor Fəxrəddin Cavanşir oğlu Səmədovdur.

1991-ci ilin sonlarında sabiq SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsi ərazisində yerləşən 5-ci diviziyası buraxılmışdır və heyəti ümumi olaraq 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycanın Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Daxili Qoşunlar Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinin əsasında yaradılmağa başlamışdır.

Daxili Qoşunların vəzifələri

[redaktə | mənbəni redaktə et]

  • Maddə 1. Mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edirlər;
  • Maddə 2. Mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edirlər;
  • Maddə 3. Mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
  • Maddə 4. İslah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərirlər;
  • Maddə 5. Mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
  • Maddə 6. Daxili İşlər Nazirliyinin maddi-texniki və hərbi təchizat idarələrinin anbarlarını və hərbi bazalarını mühafizə edirlər;
  • Maddə 7. Digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində patrul-post xidməti vasitəsilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər;
  • Maddə 8. Qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına kömək göstərirlər;
  • Maddə 9. Yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edirlər;
  • Maddə 10. Zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak edirlər.

1-ci Qarabağ müharibəsi (1992–1994)

[redaktə | mənbəni redaktə et]

12 mart 1992-ci ildə Daxili Qoşunların Biləcəri qəsəbəsində, SumqayıtGəncə şəhərlərində yerləşən "N" saylı hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlamış, Azərbaycanın ərazi bütövlü uğrunda əvvəlcə Ağdam rayonunun Papravənd, Qalayçılar, Maniklu, Baş Güneypəyə, CanyataqGülyataqda vuruşmuşlar.

Bu döyüşlərə qatılan Daxili Qoşunların hərbi qulluqçularından çavuş Hatəmxan Babayev, leytenant Rafiq İsmayılov və baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların birinci şəhidləri olmuşlar. Ağdam, AğdərəFüzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur.

Ümumi olaraq Birinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Daxili Qoşunların tərəqqi dövrü (1994–2000)

[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsindən sonra Daxili Qoşunların müasir tələblərə cavab verən bir qüvvəyə çevrilməsi, hərbi qulluqçuların biliyinin və bacarıqlarının artırılması, təlim-tədris işinin müasir standartlara uyğunlaşdırılması, həmçinin beynəlxalq təcübənin öyrədilməsi məqsədilə bir çox xarici dövlətlərin müvafiq qurumları ilə münasibətlər qurulmuşdur. Daxili Qoşunlar Komandanlığı beynəlxalq əlaqələr çərçivəsində Türkiyə Jandarm Baş Komandanlığı ilə münasibətlərə daha çox önəm vermişdir.

1995-ci il iyunun 18-də Daxili Qoşunların Komandanı Ramiz Xosrov oğlu Məmmədov vəzifəsindən qovulmasından sonra Daxili Qoşuların Komandanlığına Elşən Lətif oğlu Kazımov gətirilmişdir. Onun rəhbərliyi altında 1997-ci il ohtyabrın 31-də "Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən təlim-təhsil və təchizat yardımına aid Sənəd" imzalanmışdır və bununla da Daxili Qoşunlarla Jandarm Baş Komandanlığı arasında qarşılıqlı hərbi münasibətlərin hüquqi əsasın qoyulmuşdur.

1997–2013-cü illər ərzində Daxili Qoşunların 400 nəfərdən çox hərbi qulluqçusu Jandarm Baş Komandanlığının, eləcə də Silahlı Qüvvələrin TTM-də təhsil proqramlarında olublar.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Fransa Milli Jandarmeriyası, İtaliya Karabinerlər Korpusu, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Çin Silahlı Milis Qüvvələri və digər dövlətlərin müvafiq qurumları ilə münasibətləri mövcuddur.

2-ci Qarabağ müharibəsi (2020)

[redaktə | mənbəni redaktə et]
Daxili Qoşunlarının xüsusi təyinatlıları 2018-ci ildə Azərbaycan Ordusunun 100-cü ildönümü münasibətilə baş tutan hərbi paradda

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[1] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[2]

Hərbi əməliyyatlara Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılmışdır.

Vətən müharibəsinin birinci saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilmişdir. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olmuşdur.

Müharibənin birinci həftələri ərzində ən şiddətli döyüşlər CəbrayılFüzuli istiqamətlərində olmuşdur. "Bəbir", "Əqrəb" və "Kobra" Xüsusi Təyinatlı Dəstələri həm Cəbrayıl, həm də Füzuli istiqamətlərində gedən döyüşlərdə, "Gürzə" XTD yalnızca Füzuli, "Pələng" XTD isə yalnızca Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə savaşmışdır.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Qrup Komandiri Türay Hüseynli şəhid olmuşdur. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olan "Əqrəb" XTD Komandiri, mayor Ələsgər Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Vətən müharibəsi zamanı ən şiddətli döyüşlərin olduğu Füzuli istiqamətində Daxili Qoşunların "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, mayor Şixamir Qaflanov şəhid olmuşdur. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilmişdir. Həmçinin Füzuli şəhərinin işğaldan azad edilməsində xidmətlərinə görə "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Cavid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Daxili Qoşunların Döyüş Bayrağı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı Azərbaycan Prezidenti Heydər Əliyevin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.[3]

2008-ci il iyulun 4-də daxili işlər naziri gen-pol. Ramil Usubov tərəfindən Daxili Qoşunların hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunan zaman

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə:[4]

  • Maddə 1. Azərbaycan Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etməyi, öz qanını və canını belə əsirgəmədən ou mərd və bacarıqla müdafiə eləməyi, qoşunlara həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirməyi, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırmatmaq üçündür.
  • Maddə 2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişə qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişdirilməsi Döyüş Bayrağı ilə birgə verilən Fərmana yazılır.
  • Maddə 3. Döyüş Bayrağı hər vaxt öz hissəsində, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.
  • Maddə 4.Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını mərdcə qorumalı, onun düşmən tərəfindən götürülməsinə yol verməməlidir. Döyüş Bayrağı itiriləndə, Hərbi Hissənin Komandiri və məsul hərbi qulluqçular Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının Təsviri:[5]

  • Maddə 1. Azərbaycan Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı qumaşdan, ağac dəstəyindən və qotazlı qaytandan ibarətdir.
  • Maddə 2. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipəydən olan saçaqlarla höbələnmiş, üçrəngli (Azərbaycanın Dövlət Bayrağı rəngində) ipəydən olan faydan hazırlanmışdır.
  • Maddə 3. Qumaşın üz tərəfindən qırmızı zolağın ortasında ağ ipəydən 38 sm hündürlüyündə aypara və 20 sm hündürlüyündə səkkizguşəli ulduz vardır. Qumaşın üst tərəfi boyu mavi zolaqda qızılı ipəylə "AZƏRBAYCAN UĞRUNDA!" şüarı yazılıb. Yazıda hərflərin hündürlüyü 6.5 sm-dir.
  • Maddə 4. Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Daxili Qoşunların emblemi (hündürlüyü 55 sm) yerləşib. Emblem ağ ipəydən hazırlanıb. Qumaşın üst tərəfi boyu mavi zolaqda qızıl rənglər "DAXİLİ İŞLƏR NAZİRLİYİNİN DAXİLİ QOŞUNLARI" sözləri yazılıb. Yazıda hərflərin hündürlüyü 6.5 sm-dir.
  • Maddə 5. Qumaşın aşağı tərəfi boyu yaşıl zolaqda hərbi hissənin nömrəsi və adı əlavə olunub. Rəqəmlərin hündürlüyü ölçüsü 7.0 sm, yazının hərflərinin ölçüsü 4.5 sm-dir. Hərbi hissənin adında hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5.0 sm-ə, hərflərin ölçüsü 4.0 sm-ə qədər azaldıla bilər.
  • Maddə 6. Bayrağın dəstəyi diametri 4.0 sm, uzunluğu 2.5 m olan girdə ağacdandır.
  • Maddə 7. Ağac dəstəyi tünd qəhvəyi rəngdə rənglənib, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nisellənmiş firuqlu ucluq vardır.
  • Maddə 8. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəydən hazırlanıb, hər tərəfdən ucunda qotazlar var. Qaytanın uzunluğu 270–25 sm-dir.

Daxili Qoşunların emblemi

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi Azərbaycan Prezidenti Heydər Əliyevin 11 mart 2002-ci il tarixli 676 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.[6]

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamə:[7]

  • Maddə 1. Azərbaycan Daxili Qoşunlarının emblemi hərbi qulluqçuların, həmçinin silahların, hərbi və digər vasitələrin Daxili Qoşunlara mənsubiyyətini bildirən nişandır.
  • Maddə 2. Azərbaycan Daxili Qoşunlarının emblemi Daxili Qoşunların Komandanı və onun müavinlərinin əmr diretiv blanlarında, ştamplarında, Daxili Qoşunların Baş İdarəsinin, hərbi hissələrin, tədris müəssisələrinin ştamplı blanlarında yerləşdirilir.
  • Maddə 3. Azərbaycan Daxili Qoşunlarının emblemi silahların və hərbi vasitələrin üzərində dövlət mənsubiyyətinin tanınma nişanı olaraq təsvir edilir.
  • Maddə 4. Azərbaycan Daxili Qoşunlarının emblemi hərbi hissələrin və tədris müəssisələrinin Döyüş Bayrağında "Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında" Əsasnaməsi ilə müəyyən edilmiş qaydada, fərqlənmə və hərbi qulluqçuların fərqləndirmə nişanlarında, hərbi geyim formasının predmetlərində "Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnaməsinin tələblərinə uyğun olaraq yerləşdirilir.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin Təsviri:[8]

  • Maddə 1. Azərbaycan Daxili Qoşunlarının emblemi mətnliyin və dözümlüyün rəmzi olan palıd budaqları ilə hasiyələnmiş, tiyəsi aşağı baxan qılınc üzərində yuxarı yönəldilmiş iti ucları arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir.
  • Maddə 2. Palıd budaqlarının saplaqları qılıncın tiyəsinin aşağı hissəsində çarpazlaşır, ucları isə onun dəstəyinə birləşir. Səkkizguşəli ulduz, aypara, qılınc və palıd budaqları qızılı (ağ) rəngdədir.
  • Maddə 3. Azərbaycan Daxili Qoşunlarının emblemi həmçinin ağ-qara təsvirdə hazırlana bilər.

Hərbi hissələri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Daxili Qoşunları (Azərbaycan)
Ağstafa
Bərdə
Cəlilabad
Hacıqabul
Lənkəran
Sumqayıt
Şəki
Şirvan
Qəbələ
Quba
Zaqatala
Nərimanov
Sabunçu
Naxçıvan
Binəqədi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Azərbaycan ərazisində yerləşən hərbi hissələri:
 • — Daxili Qoşunların hərbi hissəsi
 • — Daxili Qoşunlaın Baş İdarəsi

Daxili Qoşunların Azərbaycan ərazisində 1 Qərargahı və 14 hərbi hissəsi mövcuddur. Hərbi hissələrin beşi şəhərlərdə və doqquzu isə rayonlarda yerləşir.

  • Abşeron zonası üzrə
  1. Binəqədi rayonunda Daxili Qoşunların Qərargahı
  2. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissə[9][10]
  3. Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissə[11][12]
  4. Sabunçu rayonunda yerləşən "N" saylı hərbi hissə[13][14]
  • Gəncə-Qazax zonası üzrə
  1. Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissə[15][16]
  • Şəki-Zaqatala zonası üzrə
  1. Şəki şəhərində yerləşən "N" saylı hərbi hissə[17][18]
  2. Qəbələ rayonunda yerləşən "N" saylı hərbi hissə,
  3. Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissə,
  • Lənkəran zonası üzrə
  1. Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissə,
  2. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissə,
  • Quba-Xaçmaz zonası üzrə
  1. Quba rayonunda yerləşən "N" saylı hərbi hissə,
  • Aran zonası üzrə
  1. Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissə,
  2. Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissə,
  3. Hacıqabul rayonunda yerləşən "N" saylı hərbi hissə,
  • Naxçıvan MR üzrə
  1. Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissə.

Tibb müəssisələri

[redaktə | mənbəni redaktə et]

1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsinin qızğın çağlarında Daxili Qoşunların hərbi qulluqçuları digər tibb müəssisələrində müalicə olunurdular. 1993-cü ildə Nazirlər Kabinetinin 10 yanvar 1993-cü il tarixli Qərarına əsasən "Dərin Özüllər" Zavoduna məxsus bina hospital üçün nəzərdə tutularaq Daxili Qoşunların balansına verilmişdir, amma binanın istismara tam hazır olması üçün vaxt tələb olunurdu. Həmin bina o zaman hospitalda xidmət edən hərbi qulluqçuların, tibb qulluqçularının və tibb bacılarının səyi nəticəsində bir neçə ay ərzində yaralı hala gətirilmişdir və 1993-cü ilin sonlarından etibarən xəstələr hospitala qəbul olunmuşdur.

Hospitalın döyüş yolu Zəngilan, Füzuli, Qubadlı, AğdamAğdərə rayonlarını əhatə eləmişdir. Bu rayonlarda döyüşlər gedən ərəfələrdə Daxili Qoşunların tibb şöbəsinin rəisinin və Müdafiə Nazirliyinin tibb idarəsi rəisinin qarşılıqlı razılıqları əsasında hərbi-səhra lazareti yaradılmışdır.

Daxili Qoşunlar Komandanın 15 noyabr 1993-cü il tarixli əmri ilə 30 çarpayılıq hərbi-səhra lazaretinə ümumi rəhbərliyi Daxili Qoşunların tibb şöbəsinin rəisi, pol. Siyavuş Rüstəmov eləmişdir. Bu müddət ərzində lazaretdə xidmət edən tibb qulluqçuları qrupları tərəfindən mindən çox həm Daxili Qoşunların hərbi qulluqçusuna, həm də Müdafiə Nazirliyinin əsgər və zabitinə tibbi yardım göstərilmişdir. 1994-cü ilin yanvar ayının 24–25-də, 2 gün ərzində Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi-səhra lazaretində 500 nəfərə yaxın yaralı hərbi qulluqçu qəbul olunmuşdur.

Tədris müəssisələri

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçün zabit və mütəxəssislərin hazırlanması üçün hərbi təhsil müəssisəsi — Daxili Qoşunların Ali Hərbi Məktəbi (AHM) mövcuddur. Bu tədris müəssisəsi yarandığı günə qədər bir neçə mərhələni arxada qoymuşdur. Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli müvafiq əmrinə əsasən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Tədris Taboru yaradılmışdır.

31.10.1997-ci il tarixində Daxili Qoşunların Baş İdarəsi və Baş Jandarm Komandanlığı arasında Daxili Qoşunların şəxsi heyətinə təlim-tədris və arxa cəbhə üzrə göstərilməli olan yardıma dairi sənədə uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən tədris müəssisəsinin yaradılmasına başlanılmışdır.

Daxili Qoşunlar Komandanının 2001-ci il iyulun 5-də imzaladığı müvafiq əmrinə əsasən Daxili Qoşunların Tədris Mərkəzi yaradılmışdır.

Daxili işlər naziri Ramil Usubovun 2003-cü il sentyabrın 20-də imzaladığı əmrə əsasən Daxili Qoşunların Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə yaradılmışdır və Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Həbi Məktəbi yaradılmışdır.

2011-ci il fevralın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi yaradılmışdır.

Tədris müəssisəsinin rəisi 2014-cü il fevralın 25-dən general-mayor İlqar Aydın oğlu Məmmədovdur.

Xüsusi Təyinatlı Dəstələri

[redaktə | mənbəni redaktə et]
Daxili Qoşunlarının xüsusi təyinatlıları 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümü münasibətilə baş tutan hərbi paradda

Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər.

Hal-hazırda Daxili Qoşunların 10 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.

Silah arsenalı

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları müasir silahlarla təchiz olunmuşdur. Silah arsenalında 5 tipdə silahlar mövcuddur — avtomatlar, tapança-pulemyotlar, pulemyotlar, snayper tüfəngləri və qumbaraatanlar.

Daxili Qoşunların hərbi qulluqçuları əsasən RusiyaABŞ istehsalı olan avtomatlardan istifadə edirlər. Bunlar Rusiya istehsalı olan "AK-74", "AKM", "AKS-74U", ABŞ istehsalı olan "M4" və M16, Almaniya istehsalı olan "HK G3", İsrail istehsalı olan "TAR-21" və Azərbaycan istehsalı olan "Xəzri" avtomatlarıdır.

Tapança-pulemyotlardan Almaniya istehsalı "HK MP5" və İsrail istehsalı "Uzi", pulemyotlardan isə Rusiya istehsalı "PKM", ABŞ istehsalı "M240" və İsrail istehsalı "Negev" Daxili Qoşunların silah arsenalında yer almışdır.

Daxili Qoşunların silah arsenalında ən zəngin silah tipi snayper tüfəngləridir. Məhz yeddi dövlətin istehsalı olan snayper tüfəngləri qoşunların arsenalında yer almışdır. Bunlar Birləşmiş Krallıq istehsalı olan "Accuracy AW" və "RPA Rangemaster", Rusiya istehsalı olan "Draqunov (SVD)" və "Draqunov (SVU)", Türkiyə istehsalı olan "JNG-90" və "KNT-308", həmçinin ABŞ istehsalı olan "Remington 700", Almaniya istehsalı olan "HK PSG1", Finlandiya istehsalı olan "TRG-42" və Serbiya istehsalı olan "Zastava M93" snayper tüfəngləridir.

Nəqliyyat arsenalı

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları müasir nəqliyyat vasitələri ilə təchiz olunmuşdur. Nəqliyyat arsenalında 5 tipdə nəqliyyat vasitələri mövcuddur — zirehli döyüş maşınları, zirehli maşınlar, daşıma maşınları, daşıma avtobusları və vertolyotlar.

Daxili Qoşunların arsenalında AzərbaycanKanadanın birgə istehsalı olan AzCan "Sentry" və AzCan "Huron" zirehli döyüş maşınları, həmçinin Türkiyə istehsalı Otocar "Kobra"Otocar "Əqrəb" zirehli döyüş maşınları yer almışdır.

Kütləvi iğtişaşların qarşısının alınması üçün Türkiyə istehsalı olan "TOMA" zirehli maşınından istifadə olunur. Kütləvi iğtişaşlar zamanı saxlanılanların daşınması üçün isə arsenalda Yaponiya istehsalı olan "Toyota Coaster" daşıma avtobusları yer almışdır.

Daxili Qoşunların hərbi qulluqçularının, həmçinin silahların və təminatların daşınması əsasən Rusiya istehsalı olan ZİL-131Ural-4320 maşınlarında aparılır.

Nəqliyyat vasitəsi Foto İstehsalçı Tipi Təyinatı
Zirehli döyüş maşınları
AzCan "Sentry"

AzərbaycanKanada
Zirehli döyüş maşını
Hərbi əməliyyatlar zamanı istifadə olunur
AzCan "Huron"

AzərbaycanKanada
Zirehli döyüş maşını
Hərbi əməliyyatlar zamanı istifadə olunur
Otocar "Kobra"

Türkiyə
Zirehli döyüş maşını
Hərbi əməliyyatlar zamanı istifadə olunur
Otocar "Əqrəb"

Türkiyə
Zirehli döyüş maşını Hərbi əməliyyatlar zamanı istifadə olunur
Zirehli maşınlar
TOMA

Türkiyə
Zirehli maşın
Kütləvi iğtişaşların qarşısının alınmasında
Daşıma maşınları
ZİL-131

Rusiya
Daşıma maşını
Hərbi qulluqçuların və təminatların daşınmasında
Ural-4320

Rusiya
Daşıma maşını
Hərbi qulluqçuların və təminatların daşınmasında
Daşıma avtobusları
Toyota Coaster

Yaponiya
Daşıma avtobosu
Kütləvi iğtişaşlar zamanı saxlanılanların daşınmasında
Hava nəqliyyat vasitələri
Mil Mi-17

Rusiya
Vertolyot

Hərbi rütbələri

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının cəlb olunan zabitlər üçün yeddi rütbə, vəzifəli zabitlər üçün isə on rütbəsi mövcuddur.[21] Daxili Qoşunların rütbələri "Daxili qoşunların statusu" haqqında Azərbaycan Qanununun II fəslinə (Daxili qoşunların idarə olunması) əsasən təmzimlənir.[21] Qanuna əsasən daxili işlər naziri ali zabit heyəinə aid hərbi rütbələrin verilməsi üçün zabitləri Azərbaycanın Prezidentinə təqdim edir.[21] "Mayor" hərbi rütbəsindən "polkovnik" hərbi rütbəsinə qədər isə rütbələr daxili işlər nazirinin əmrinə əsasən verilir.[21]

Daxili Qoşunların vəzifəli zabitlərinin rütbələrinin paqonları
Nişan OF-10 OF-09 OF-08 OF-07 OF-06 OF-05 OF-04 OF-03 OF-02 OF-01
G/Polkovnik
G/Leytenant
G/Mayor
Polkovnik
P/Leytenant
Mayor
Kapitan
B/Leytenant
Leytenant
K/Leytenant
Daxili Qoşunların cəlb olunan zabitlərinin rütbələrinin şevronları
Nişan
OR-09 OR-08 OR-07 OR-06 OR-05 OR-04 OR-03 OR-02 OR-01
yoxdur
Baş gizir
Gizir
Kiçik gizir
Baş çavuş
Çavuş
Kiçik çavuş
Baş əsgər
Əsgər

Daxili Qoşunların Komandanlığı

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı dörd nəfərdən ibarətdir — Daxili Qoşunların Komandanından, Qərargah rəisindən, Şəxsi heyət üzrə İdarənin rəisindən və MTT İdarəsinin rəisindən. Qərargah rəisi Komandanın birinci müavini, Şəxsi heyət üzrə İdarənin rəisi və MTT İdarəsinin rəisi isə Komandanın müavinləri olurlar.

Daxili Qoşunların Komandanı həm də daxili işlər nazirinin müavini hesab olunur. Daxili Qoşunların Komandanı, birinci müavini və müavinləri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilir və azad olunur.

Vəzifə
Komandan
Təyin olunduğu tarix
Daxili Qoşunların Komandanı
Gen-ley. Şahin Məmmədov
15 noyabr 2013[22]
Daxili Qoşunlar Komandanının birinci müavini — Qərargah rəisi
Gen-may. Tofiq Hüseynov
15 fevral 2018[23]
Daxili Qoşunlar Komandanının müavini — Şəxsi heyət üzrə İdarənin rəisi
Gen-may. İnqilab Muradov
14 sentyabr 2014[24]
Daxili Qoşunlar Komandanının müavini — MTT İdarəsinin rəisi
Gen-may. Fəxrəddin Səmədov
12 aprel 2007[25]

Komandanları və Qərargah rəisləri

[redaktə | mənbəni redaktə et]

1992-ci ildən 6 nəfər Daxili Qoşunların Komandanı vəzifəsində olmuşdur. Qoşunların ən uzun müddətli Komandanı Zakir Əsgər oğlu Həsənovdur. O, on il doqquz ay Daxili Qoşunların Komandanı olmuşdur. Qoşunların ən qısa müddətli Komandanı isə Rafiq Abbas oğlu Ağayevdir. O, cəmi bir ay Daxili Qoşunların Komandanı olmuşdur.

Nişanları və təltifləri

[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanı tərəfindən Daxili Qoşunların hərbi qulluqçularının "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, həmçinin "Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı ilə təltif edilməsi haqqında əmr imzalamaq hüququna sahibdir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyimində fərqlənmə nişaları — döş nişanı (jeton) və qol nişanı (şevron) mövcuddur.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Daxili Qoşunların nümunəvi-göstərici Hərbi Orkestri 1993-cü ilin noyabr ayında yaradılmışdır. Hal-hazırda Daxili Qoşunların nümunəvi-göstərici Hərbi Orkestri 115 nəfərdən ibarətdir. Bədii rəhbəri — baş hərbi dirijor İlqar Novruzovdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunu olan İlqar Novruzov hərbi orhestrin yarandığı birinci günlərdən xidmət edir. Daxili Qoşunların marşı, Alay marşları, Heydər Əliyevə həsr olunan "Parlaq Günəş" mahnısı, "Əsgər Anası" mahısı və digər əsərlər İlqar Novruzovun əməyinin məhsuludur. 2011-ci ildə İlqar Novruzova Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın "Əməhdar artisti" fəxri adı verilmişdir.

Daxili Qoşunların nümunəvi-göstərici Hərbi Orhestrinin rəisi Kapitan Hüseyn Əliyevdir. Hərbi dirijorlar gizir Mail Mailov və gizir Səbuhi Allahverdiyevdir. Nəfəsli və zərb alətləri ifaçıları gizir Valeri Xalidov, gizir Mahmud Aslanov, gizir Qədim Qənbərov, gizir Ruslan Rüstəmov, gizir Saşa Nəbiyev və gizir Seymur Cəfərovdur.

Daxili Qoşunların nümunəvi-göstərici Hərbi Orhestrinin nəzdində mahnı və rəqs ansamblı da fəaliyyət göstərir. Ansamblın rəhbəri Kapitan Cahangir Qurbanov, solistləri isə baş leytenant Zaur Əmiraslanov, leytenant Fidan Hacıyeva, gizir Vəsilə İbrahimova, gizir Rəna Əliyevadır.

1992–1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi zamanı ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. Bu qəhrəmanlıq nümunələrinə görə 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərin baş verən Vətən müharibəsi zamanı isə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır. 1-i ölümündən sonra olmaqla 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

DQ Vətən müharibəsi şəhidləri[27]

Daxili Qoşunlar Günü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Daxili Qoşunlar Günü

1995-ci il martın 9-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Daxili Qoşunların Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün — yəni 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.[28]

Hər il 12 mart — Daxili Qoşunlar Günü Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar səviyyəsində qeyd olunur. Azərbaycan Prezidenti tərəfindən isə Daxili Qoşunlar Günü ərəfəsində qoşunların hərbi qulluqçuları orden və medallarla təltif olunurlar.

  1. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  2. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı". www.e-qanun.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  4. Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi saytı. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı". www.mia.gov.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  5. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi saytı. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı". www.dq.mia.gov.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 676 nömrəli Fərmanı". www.e-qanun.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  7. Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi saytı. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 676 nömrəli Fərmanı". www.mia.gov.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  8. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi saytı. "Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnaməsinin və Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2002-ci il tarixli 676 nömrəli Fərmanı". www.dq.mia.gov.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  9. Ordu.az. "Daxili işlər naziri Vilayət Eyvazov Sumqayıtda yerləşən hərbi hissədə olub". www.ordu.az (az.). 04.12.2019. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.12.2019.
  10. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC). "Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində yeni yaşayış binasının açılışı olub". www.azertag.az (az.). 14.10.2015. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.10.2015.
  11. Nərimanov RİH. "Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissədə Daxili Qoşunların yaranmasının 22-ci ildönümü münasibətilə tədbir baş tutub". www.narimanov-ih.gov.az (az.). 13.03.2014. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.03.2014.
  12. Azəri Press Agentliyi. "Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissəsində zabitlər üçün yeni yaşayış binası istifadəyə verilib". www.apa.az (az.). 10.03.2010. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2010.
  13. Sabunçu RİH. "Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan "N" saylı hərbi hissəsinin açılışına qatılıb". www.sabunchu-ih.gov.az (az.). 12.03.2021. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.03.2021.
  14. Azəri Press Agentliyi. "Prezident İlham Əliyev hərbi hissəsinin açılışına qatılıb". www.apa.az (az.). 12.03.2021. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.03.2021.
  15. Ağstafa RİH. "Azərbaycanın Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan "N" saylı hərbi hissəsinin açılışına qatılıb". www.agstafa-ih.gov.az (az.). 04.03.2020. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.03.2020.
  16. Samirə Kişiyeva. "Ağstafada Daxili Qoşunların "N" saylı hərbi hissəsinin açılışına olub". www.1news.az (az.). 04.03.2020. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.03.2020.
  17. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC). "Daxili Qoşunların əməliyyat taburunda mərasimi baş tutub". www.azertag.az (az.). 12.03.2009. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.03.2009.
  18. Azeridefence.com. "Daxili Qoşunların Komandanı "N" saylı hərbi hissədə əsgər valideynləri ilə görüşüb". www.azeridefence.com (az.). 19.01.2014. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.01.2014.
  19. 1 2 3 4 5 6 7 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  20. 1 2 3 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  21. 1 2 3 4 Daxili İşlər Nazirliyi. "Daxili Qoşunların statusu haqqında Azərbaycanın Qanunu". www.mia.gov.az (az.)). 20.04.2021. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.
  22. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi internet səhifəsi. "Daxili Qoşunların Komandanı general-leytenant Məmmədov Şahin İsgəndər oğlu". www.dq.mia.gov.az (az.)). 01.04.2020. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.
  23. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi internet səhifəsi. "Daxili Qoşunların Komandanının birinci müavini – Qərargah rəisi general-mayor Hüseynov Tofiq Vaqif oğlu". www.dq.mia.gov.az (az.)). 01.04.2020. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.
  24. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi internet səhifəsi. "Daxili Qoşunların Komandanının müavini – Şəxsi heyət üzrə İdarəsinin rəisi general-mayor İnqilab Muradov". www.dq.mia.gov.az (az.)). 01.04.2020. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.
  25. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi internet səhifəsi. "Daxili Qoşunların Komandanının müavini – MTT İdarəsinin rəisi general-mayor Səmədov Fəxrəddin Cavanşir oğlu". www.dq.mia.gov.az (az.)). 01.04.2020. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2021.
  26. 1 2 3 4 5 6 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan daxili işlər orqanlarının qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Sərəncamı". www.president.az (az.)). 24.04.2021. 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.04.2021.
  27. "Daxili Qoşunların Vətən müharibəsi şəhidləri". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-04.
  28. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Daxili Qoşunlarının Gününün elan edilməsi haqqında Azərbaycan Prezidentinin 9 mart 1995-ci il tarixli 297 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 20.04.2021. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.04.2021.