Paykənd
Paykənd | |
---|---|
39°35′13″ şm. e. 64°00′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Paykənd — Buxaradan 40 km qərbdə yerləşən qədim şəhər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Göytürk xaqanlığının tərkibində
[redaktə | mənbəni redaktə et]Böyük İpək yolu
[redaktə | mənbəni redaktə et]Böyük İpək yolunun üstündə ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafə 150 günə qət edilirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım gəlirdi.
Ərəb istilası
[redaktə | mənbəni redaktə et]672-ci ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxaraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. O, Buxaraya yürüş etdi. Şəhər hakimi 300 min dirhəm ödəyərək şəhəri dağıntıdan xilas etdi və barışıq imzaladı. Ərəblər Səmərqəndə doğru irəlilədilər. Soqdiana əhalisi 1 ay müqavimət göstərsə də, barışığa gəlməli oldular. Buxaralılar qarət olunmuş qəniməti geri tələb etsələr də, Səid ibn Osman qəniməti Mədinəyə göndərdi. Əsirlərin bir hissəsi saraya hücum edib Səidi öldürdülər.
699-cu ildə Xorasan canişini əl-Mühəlləb Amudərya vasitəsilə Qaşqadəryaya daxil oldu. 703-cü ildə onun davamçıları Xarəzmə, 704-cü ildə Surxandəryaya yürüş etdilər.
705-ci ildə Quteybə bin Müslüm Xorasana canişin təyin edildi. O, Mavəraünnəhri tutub 706-cı ildə Buxaranın işğalına başladı. Buxara, Soqd və Paykənd hakimləri türkeşlərlə ittifaqda müharibəyə başladılar. Lakin Küteybə onları neytrallaşdıra bildi. Rabincan yaxılığında döyüşdə soqdalılar Səmərqəndə çəkilərək Fərqanədən yardım istədilər. Səmərqəndə hücum edən ərəblər qalib gəldilər. Soqdalılar sülh istədilər. Soqd hakimi Turek xan ildə 200 min dirhəm, 3 min qul və çoxlu qızıl, gümüş, daş-qaş, ipək verməli oldu. Xarəzmi tutan ərəblər Xarəzmşah Əskicimuku hakimiyətdən uzaqlaşdırdılar.