27°18′ c. e. 50°30′ q. u.HGYO

Santa-Katarina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Santa-Katarina
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

27°18′ c. e. 50°30′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Florianópolis
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 95.730,7 km² (2020)[1]
Hündürlük
627 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.610.361 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-SC
Rəsmi sayt
Santa-Katarina xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir[3].

Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlaritalyanların törəmələridir.

İqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir. Ştatın ən hündür nöqtəsi Maru-da-Boa-Vistadıır (1827 m).

Ştat ərazisində ilk avropalılardan təşkil olunan yaşayış məntəqəsi ispanlar tərəfindən Santa-Katarina adasında salınmışdır. 1675-ci ildə portuqallar adanı ələ keçirmişlər.

Farrapus müharibəsi dönəmində 1839-cu ildə üsyançılar Santa-Katarinanı ələ keçirərək burada Julian Respublikasını qururlar. Dörd ay müddətində bölgə üsyançıların nəzarətində qalır[4].

XIX əsrdə Santa-Katarina ərazisinə avropadan çoxlu sayda avropalı miqrasiya etmişdir. Xüsusi ilə almanlar 1829-cu ildə ilk kəndlərini salmışlar[5]. Onların ardınca İtaliya, Polşa, Rusiya və digər Avropa ölkələrindən bölgəyə köç başlamışdır. Yenidən alman immiqrantları əraziyə köç etmişlər. Hazırda belə bir çox şəhərlərdə alman mədəniyyəti və dilinin təsiri müşahidə edilir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən 6 mezoregiona və 20 mikroregiona bölünür.

Braziliya ştatları arasında dinamik inkişafa malikdir. Ştatın əsas gəlir mənbəyi kənd təsərrüfatı və xidmət sektorudur. Amerika qitəsində iri elektrik mühərrikləri istehasalı bölgə də həyata keçirilir.

Santa-Katarina ölkənən ən böyük kömür hasilatı ərazisidir. İl ərzində 5 mln ton kömür hasil edilir [6].

Ştat ərazisində avropada və tropik zonalarda əkilən biktilərin hasilatı həyata keçirilir. Burada dənli bitkilər, tütün, üzüm, maniok yetişdirilir[7].

Ştat ərazisində ətlik istiqamətli heyvandarlıq mövcuddur. Üstəlik ştat ərazisində meşətəsərrüfatı, mate tədarükü, avtomobil hissələrinin istehsalı, plasyik boru hazırlanması həyata keçirilir.

Ştatın okeana çıxışının olması turist axınlarına səbəb olur. Ştatın sahilləri balinaların çoxalma dönəmində müşahidəsi üçün olduqca əlverişli ərazi hesab edilir[8].

  1. https://www.ibge.gov.br/en/cities-and-states/sc.html.
  2. https://censo2022.ibge.gov.br/panorama/.
  3. "Santa-Katarina". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  4. «Farrapus üsyanı» 1835—45[ölü keçid]
  5. "Santa-Katatiba, russobras.com. saytında". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  6. "Santa-Katarina". 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  7. "Santa-Katarina". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.
  8. "BuenoLatina. Braziliya balinaların mövsümü müşahidəsinə hazırlaşır". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-30.