Malik Əsədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malik Əsədov
Malik Hamil oğlu Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Havarlı, Yevlax rayonu, Azərbaycan SSR
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Nəbilər, Şuşa, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Havarlı, Yevlax rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.[1]

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.[2]

Ailəli idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

  1. ARB 24. "Milli Qəhrəman Malik Əsədovun doğum günüdür" (az.). Youtube.com. 2018-06-27. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  2. ƏSƏDOV MALİK HAMİL oğlu Arxivləşdirilib 2018-12-28 at the Wayback MachineMilliQahramanlar.az