Macarıstan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Macarıstan
mac. Magyarország
Bayraq Gerb
Bayraq Gerb
Think Hungary more than expected, Mwy na'r Disgwyl
Himn: 
Tarixi
 • Macarıstan knyazlığı 895[1]
 • Macarıstan krallığı 25 dekabr 1000[2]
 • Qızıl bulla 24 aprel 1222
 • Budanın Osmanlı işğalı 29 avqust 1541
 • Budanın azad edilməsi 2 sentyabr 1686
 • Macarıstan inqilabı 15 mart 1848
 • Avstriya-Macarıstan razılaşması 20 mart 1867
 • Trianon müqaviləsi 4 iyun 1920
 • Üçüncü respublika 23 oktyabr 1989
 • Aİ-yə qəbul 1 may 2004
Rəsmi dilləri
Paytaxt Budapeşt
İdarəetmə forması Parlament respublikası
Prezident Tamaş Şuyok
Baş nazir Viktor Orban
Sahəsi Dünyada 108-ci
 • Ümumi 93036 km²
 • Su sahəsi (%) 0,74%
Əhalisi
 • Əhali 9 849 000[3] nəfər (89-cu)
 • Siyahıyaalma (2011) 9 937 628 nəf.
 • Sıxlıq 106 nəf./km² (94-cü)
ÜDM (AQP)
 • Ümumi 242 mlrd.[4] dollar  (57-ci)
 • Adambaşına 24 498[4] dollar
ÜDM (nominal)
 • Ümumi (2015) 137 mlrd.[4] dollar  (57-ci)
 • Adambaşına 13 910[4] dollar
İİİ (2015) 0.831 (artış; 37-ci)
Valyuta Macarıstan forinti
İnternet domeni .hu
ISO kodu HU
BOK kodu HUN
Telefon kodu +36
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][7]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Macarıstan
Macarıstan

Macarıstan (mac. Magyarország) — Mərkəzi Avropada dövlət.[8] Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir.[9] Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir.[10] Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir.[11] Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, PeçDyor daxildir.

Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlaravarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu.[12][13] 12-ci əsrə qədər regional güc olaraq öz mövqeyini qoruyan Macarıstan 15-ci əsrdə özünün mədəni və siyasi yüksəliş dövrünü yaşadı. 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində Macarıstanın bir hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olundu. Macarıstan 18-ci əsrin əvvəllərində Habsburqlar sülaləsinin idarəçiliyi altına keçsə də, sonradan Avstriya ilə birləşərək Avropanın əsas gücü hesab olunan Avstriya-Macarıstan İmperiyasını formalaşdırmışdır.[14]

Birinci dünya müharibəsi başa çatdıqdan sonra Avstriya-Macarıstan İmperiyası da digər məğlub dövlətlər kimi parçalandı. 4 iyun 1920-ci ildə imzalanmış Trianon sülh müqaviləsi nəticəsində Macarıstanın indiki sərhədləri müəyyənləşdirildi. Beləliklə, bu sülh müqaviləsi ilə birlikdə ölkə ərazisinin 71%-ni, əhalisinin 58%-ni itirdi və etnik macarların 32%-i buranı tərk etdi.[15][16][17] İkinci dünya müharibəsi zamanı Berlin-Roma-Tokio oxuna qoşulan Macarıstan çox böyük itkilər verdi, ölkədə dağıntılar baş verdi. Müharibədən sonra Macarıstan Sovet İttifaqının peyk dövlətinə çevrildi və nəticədə, ölkə ərazisində 40 ilə yaxın davam edən sosialist hakimiyyətinin əsası qoyuldu. Ölkə 1956-cı ildə baş vermiş Macar inqilabı sayəsində beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı. 1989-cu ildə Avstriya ilə sərhədin açılması hadisəsi Şərq blokunun dağılması prosesinə təkan verdi.[18][19] Macarıstan 23 oktyabr 1989-cu ildə demokratik parlamentli respublika elan olundu.[20]

21-ci əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ÜDM-nin həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.[21][22]

Macarıstan 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur.[23] Macarıstan hal-hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir.[24][25] Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir.[26] Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.[27][28]

border=none Əsas məqalə: Macarıstan tarixi

Macarıstan XX əsrdə

[redaktə | mənbəni redaktə et]

Macarıstan 1918-ci ilə qədər Avstriya-Macarıstan İmperiyasının tərkibində idi. O, əsasən aqrar ölkə idi. 1918-ci il noyabrın 16-da Macarıstan respublika elan olundu. Habsburqlar ın 400 illik hakimiyyətinə son qoyuldu. Kommunistlərlə sosial-demokratların birləşmiş qüvvələri 1919-cu il martın 21-də inqilab edərək Macarıstan Sovet Respublikasının (MSR) yarandığını elan etdilər, lakin həmin ilin avqustun 1-də MSR süqut etdi. Sovet hökuməti devrildikdən sonra ölkədə naiblik (regent) sistemi yaradıldı. Naib vəzifəsini kontr-admiral Mikloş Xorti tutdu. O, Trianon sülh müqaviləsini tanıdığını bildirdi. Bu sülhə əsasən Macarıstan öz ərazisinin 2/3-ni, əhalisinin isə 1/3-ni və dənizə çıxış yolunu itirdi, lakin sonralar Macarıstanda qraf Betlenin hökuməti dövründə Slovakiya, Cənubi Karpat UkraynasıTransilvaniya torpaqlarında macar hökmranlığı yenidən bərpa olundu. 1929–1933 illər dünya iqtisadi böhranı Macarıstan iqtisadiyyatına ağır təsir göstərdi. 1930–1932-ci illərdə taxıl yığımı 5,5 milyon sentner azaldı. Sənaye istehsalı 1929-cu ilə nisbətən 23,1% aşağı düşdü. İqtisadi böhran daxili vəziyyəti də gərginləşdirdi. 1932-ci ilin payızından etibarən Macarıstanın Almaniyaya meyli gücləndi. Macarıstanda hakimiyyətdə olan Xorti hökuməti Almaniyaİtaliya ilə sıx əməkdaşlıq etməyə başladı. Macarıstan 1939-cu ildə Antikomintern və 1940-cı ildə Berlin paktına qoşuldu.

İkinci dünya müharibəsindəki məğlubiyyət nəticəsində 1944-cü ildə Macarıstan Sovet ordusunun işğalına məruz qaldı. Nəticədə Macarıstan kommunist hakimiyyəti quruldu. Sovet modelli rejimə qarşı 1956-cı il oktyabrın 23-də Macarıstanda kütləvi nümayişlər başladı. Onlar partiyanın siyasi xəttinin dəyişdirilməsi, İmre Nad başda olmaqla yeni hökumət yaradılması, Macarıstanla SSRİ arasında bərabərhüquqlu münasibətlərin bərqərar olması tələblərini irəli sürürdülər. Hadisələr sürətlə inkişaf edir. Oktyabrın 29-da İmre Nad hökumət başçısı seçildi. Macarıstan Zəhmətkeşlər partiyasının (MZP) buraxılması, birpartiyalı sistemin ləğv edilməsi, əvvəllər mövcud olan siyasi partiyaların fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edildi. Oktyabrın 30-da SSRİ hökuməti hərəkata qarşı bəyanat yaydı. Macarıstanda başlanmış etiraz hərəkatı "əksinqilabi qiyam" kimi dəyərləndirildi. Buna cavab olaraq İmre Nad noyabrın 1-də Macarıstanın Varşava Müqaviləsi Təşkilatından çıxdığını elan etdi. Noyabrın 4-də Sovet ordusu Budapeşt şəhərinə daxil oldu. Dörd gün davam edən döyüşlərdən sonra İmre Nad hökuməti devrildi. Yanoş Kadarın başçılıq etdiyi MZP Macarıstan Sosialist Fəhlə Partiyası adı altında yenidən təşkil olundu. İmre Nad dövlətə xəyanətdə ittiham olunaraq edam edildi. 1989-cu ildə Macarıstan Ali məhkəməsi İmre Nada və onunla birlikdə mühakimə edilmiş şəxslərə bəraət verdi. 23 oktyabr Macarıstanda milli bayram, sovet işğal rejiminə qarşı milli üsyan günü kimi qiymətləndirildi. 80-ci illərin ortalarında Macarıstan iqtisadiyyatı ağır vəziyyətə düşdü. Xarici borcların artması vəziyyəti daha da gərginləşdirdi. 1988-ci ilin mayında Macarıstan Sosialist Fəhlə Partiyası konfransında Y. Kadar Karoyu Qrosla əvəz edildi, lakin Macarıstanda vəziyyət sabitləşmədi. 1989-cu ildə çoxpartiyalı parlament sisteminə əsaslanan quruluşa keçmək qərara alındı. 1990-cı il parlament seçkilərində Macarıstan Demokratik Forumu qələbə çaldı. Onun lideri Yojef Antall Xırda Kənd Sahibkarlar partiyası ilə birlikdə koalisiya hökuməti təşkil etdi. 1990-cı ilin avqustunda keçirilmiş parlament seçkilərində Azad Demokratlar İttifaqının lideri Arpad Gents prezident seçildi. Macar hökumətinin sürətlə özəlləşdirmə siyasəti yeritməsi nəticəsində ölkədə azad rəqabətə əsaslanan sahibkarlıq sistemi formalaşdı. Ölkədə sənaye və ərzaq malları qıtlığı aradan qalxdı, lakin əhalinin yoxsulluğu 1990-cı illərdə hələ də yüksək olaraq qalmağa davam etdi.

İnzibati quruluşu

[redaktə | mənbəni redaktə et]
  1. Baç-Kişkun (medye)
  2. Baranya (medye)
  3. Bekeş (medye)
  4. Borşod-Abauy-Zemplen (medye)
  5. Çonqrad (medye)
  6. Feyer (medye)
  7. Dyor-Moşon-Şopron (medye)
  8. Haydu-Bihar (medye)
  9. Heveş (medye)
  10. Yas-Nadkun-Solnik (medye)
XəritəŞomod (medye)Baranya (medye)Tolna (medye)Zala (medye)Vaş (medye)Vesprem (medye)Dyor-Moşon-Şopron (medye)Heveş (medye)Çonqrad (medye)Bekeş (medye)Baç-Kişkun (medye)Borşod-Abauy-Zemplen (medye)Komarom-EsterqomNoqrad (medye)Sabolç-Satmar-BereqHaydu-Bihar (medye)Feyer (medye)Yas-Nadkun-Solnik (medye)BudapeştPeşt (medye)
Xəritə
  1. Komarom-Esterqom
  2. Noqrad (medye)
  3. Peşt (medye)
  4. Şomod (medye)
  5. Sabolç-Satmar-Bereq
  6. Tolna (medye)
  7. Vaş (medye)
  8. Vesprem (medye)
  9. Zala (medye)
  10. Budapeşt
Macarıstanın topoqrafik xəritəsi

Macarıstanın relyefi daha çox düzənlik xarakterə malikdir. Orta Dunay ovalığı geniş bir sahəni əhatə edir. Şimalda dağlar az bir sahəni tutur. Faydalı qazıntı ehtiyatları azdır. Əsas təbii sərvəti boksit yataqlarıdır. Az miqdarda daş kömür, neft, təbii qaz, misuran ehtiyatlarına malikdir.

İqlimi mülayim kontinentaldır. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənlik sahələr və məhsuldar torpaqlar burada kənd təsərrüfatının inkişafı üçün əlverişli imkan yaradır. Təbii bitki örtüyü insanlar tərəfindən çox dəyişdirilmişdir. Ərazinin 16%-ni meşələr təşkil edir. Dunay, onun qolu olan Tisa və başqa çaylardan suvarma və nəqliyyat məqsədilə geniş istifadə edilir. Mənzərəli Balaton gölü və başqa təbii imkanlar hesabına turizmin inkişafına nail olunmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

ÜDM görə adambaşına düşən orta illik gəlir 13.487 ABŞ dolları. (2015)[29]

Ixracat əsaslı iqtisadiyyata sahib olan Macarıstan, beynəlxalq iqtisadi konjonktürün yaratdığı risklərə açıqdır. Xarici ticarətinin böyük bir hissəsini AB ölkələri ilə edir. Əsas məhsul qruplarına görə xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri ölkənin idxal və ixracatında əsas sektorlar olaraq ön plandadır. Idxalatın təxminən 50%-ni, ixracatın isə 60%-ni bu üç sektor təşkil edir.

Macarlar — 89,9%, qaraçılar — 4%, almanlar, yəhudilər, slovaklar, xorvatlar, serblər, rumınlar.

border=none Əsas məqalə: Macarıstanda təhsil

Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir.

Azərbaycanlıların Macarıstanda təhsili

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır.[30] Bir çox universitet məzunları Macarıstanda qalaraq işləməklə Macarıstan azərbaycanlılarına çevrilmişlər.

  1. Encyclopedia Americana, Volume 1 Arxivləşdirilib 2022-04-23 at the Wayback Machine, Scholastic Library Pub., 2006, p. 581
  2. University of British Columbia. Committee for Medieval Studies, Studies in medieval and renaissance history Arxivləşdirilib 2020-03-27 at the Wayback Machine, Committee for Medieval Studies, University of British Columbia, 1980, p. 159
  3. Hozzáférés: 2014. szeptember 1 Arxivləşdirilib 2021-11-02 at the Wayback Machine. 2014-cü il məlumatları
  4. 1 2 3 4 "Report for Selected Countries and Subjects". 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. "Human Development Report 2013" (PDF). United Nations. 2014-10-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-03-14.
  6. Foundation - H // Magyarország Alaptörvénye. // Magyar Közlöny 2011. C. 2011, burax. 43. S. 10656–10681.
  7. http://chartsbin.com/view/edr.
  8. "The Fundamental Law of Hungary" (PDF). Hungarian State. 2014-06-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  9. "Geography Statistics Of Hungary". worldatlas.com. 6 iyun 2017. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  10. "Eurostat – Population on 1 January 2015". European Commission. 7 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  11. "Uralic (Finno-Ugrian) languages, Classification of the Uralic (Finno-Ugrian) languages, with present numbers of speakers and areas of distribution (last updated 24 September 2015)". helsinki.fi. 6 iyun 2017. 31 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  12. "Hungary in the Carpathian Basin" (PDF). Lajos Gubcsi, PhD. 6 iyun 2017. 2020-03-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 dekabr 2018.
  13. Acta Orientalia Academiae Scientiarum Hungaricae. 36. Magyar Tudományos Akadémia (Hungarian Academy of Sciences). 1982. səh. 419. 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  14. "Austria-Hungary, HISTORICAL EMPIRE, EUROPE". Encyclopædia Britannica. 6 iyun 2017. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  15. Richard C. Frucht. Eastern Europe: An Introduction to the People, Lands, and Culture. ABC-CLIO. 31 dekabr 2004. səh. 360. ISBN 978-1-57607-800-6.
  16. Trianon, Treaty of // The Columbia Encyclopedia. 2009. İstifadə tarixi: 2018-12-23.
  17. "Text of the Treaty, Treaty of Peace Between The Allied and Associated Powers and Hungary And Protocol and Declaration, Signed at Trianon June 4, 1920". December 4, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  18. Hanrahan, Brian. "Hungary's Role in the 1989 Revolutions". BBC News. 9 may 2009. 10 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2018.
  19. Kamm, Henry. "Hungarian Who Led '56 Revolt Is Buried as a Hero". The New York Times. 17 iyun 1989. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  20. "1989. évi XXXI. törvény az Alkotmány módosításáról" [Act XXXI of 1989 on the Amendment of the Constitution]. Magyar Közlöny (Hungarian). Budapest: Pallas Lap- és Könyvkiadó Vállalat. 44 (74): 1219. 23 oktyabr 1989.
  21. "Country and Lending Groups". 2014-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  22. "List of OECD Member countries – Ratification of the Convention on the OECD". Oecd.org. 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  23. "Benefits of EU Membership". Hungarian Chamber of Commerce and Industry. 6 iyun 2017. 2017-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  24. "Hungary's Nobel Prize Winners, 13 Hungarian win Nobel Prize yet". Hungarian Academy of Sciences. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  25. "Population per Gold Medal. Hungary has the second highest gold medal per capita in the world. All together it has 175 gold medal until 2016". medalspercapita.com. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  26. "UNWTO Tourism Highlights, 2016 Edition – World Tourism Organization". doi:10.18111/9789284418145 (inactive 2018-02-06). 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  27. "Search – Global Edition – The New York Times". International Herald Tribune. 29 mart 2009. 2009-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  28. "Lake Balaton". Encyclopædia Britannica. 2011-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2018.
  29. "Hungary". International Monetary Fund. 14 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2015.
  30. "Azərbaycan-Macarıstan Gənclər Birliyi yeni layihə reallaşdırır — FOTO". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-12.