II Riçard
II Riçard | |
---|---|
ing. Richard II of Bordeaux | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 yanvar 1367 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 14 fevral 1400[1][2] (33 yaşında) |
Vəfat səbəbi | qida pozğunluğu |
Dəfn yeri | |
Atası | Qara şahzadə Eduard[3] |
Həyat yoldaşları |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (6 yanvar 1367, Bordo – təq. 14 fevral 1400[1][2]) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu.
II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi. Üstəlik zadəganların hüquqlarını məhdudlaşdıraraq sarayda xüsusi mühafizə birliyi yaratdı. Sarayda incəsənət və mədəniyyətin inkişafına təkan verdi.
Kralın az saydakı saray mənsubuna bağlı olması digər saray əyanlarının etirazına səbəb oldu və nəticədə 1387-ci ildə dövlət idarəsi lordlar palatası deyilən bir qrup aristokratın əlinə keçdi. 1389-cu ildə II Riçard idarəni yenidən ələ aldı növbəti 8 il boyunca keçmiş rəqibləriylə uyğunlaşmağa çalışdı. Ancaq 1397-ci ildə həmin palata üzvlərinin bir qismi edam edildi, bir hissəsi isə sürgün edildi. Səltənətinin son 2 ili II Riçardın tiranlıq dönəmi olaraq dəyərləndirilir. 1399-cu ildə vəfat edən əmisi Gentli Conun bütün ünvan və əmlaklarını ələ keçirərək oğlu Henri Bolinbruku sürgün etdi. Ancaq həmin ilin iyununda Henri Bolinbruk mirasını geri almaq üçün döndü və getdikcə böyüyən kiçik bir birliklə İngiltərəni işğal etdi. II Riçard taxtdan endirildi və həbs tutulduğu Yorkşir qalasında aclıqdan öldü.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Alexander, Jonathan; Binski, Paul (eds.) (1987). Age of Chivalry, Art in Plantagenet England, 1200–1400. London: Royal Academy/Weidenfeld & Nicolson.
- Allmand, Christopher (1988). The Hundred Years War: England and France at War c. 1300 – c. 1450. Cambridge: Cambridge University Press. ISBN 0-521-31923-4
- Bennett, Michael J. (1999). Richard II and the Revolution of 1399. Stroud: Sutton Publishing. ISBN 0-7509-2283-4
- Castor, Helen (2000). The King, the Crown, and the Duchy of Lancaster: Public Authority and Private Power, 1399–1461. Oxford: Oxford University Press. pp. 8–21. ISBN 0-19-820622-4
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Richard II. (Richard) // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Ricard II d’Anglaterra // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 Kindred Britain.