Bibər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bibər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.

Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir.

İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar. Qırmızı bibər, insanı rahatladır və nəfəs yollarını açır. Bronxit və qrip kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə qarşı qoruyucudur. Acı bibər, ağciyərləri təmizləyər və bəlğəm sökdürər. Oynaq iltihablanması, diş və boğaz ağrıları, revmatizm, həzm sistemi pozuqluqları, soyuqdəymə kimi narahatlıqlarda faydalıdır.

Tərəvəz olaraq yeməklərdə və salatlarda istifadə edilir. Qızardılıb yeyilə bilir. Ayrıca, ədviyyatı da əldə edilir. Hər gün yaşıl bibər yemək arıqladır və immuniteti artırır. Buna görə də xəstəliklərdən qoruyur. Bibər mədə-bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir.

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə birə qədər azalda bilir.

NKPI. AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə "Express" nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyillilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

"Rasionlarında daim acı bibər olan insanlarda ürək-damar xəstəliklərindən ölmək ehtimalı 26 faiz, xərçəngdən isə 23 faiz azalır", – deyə alimlər qeyd ediblər.

Elmi ekspertlər hesab edirlər ki, səbəbindən asılı olmayaraq, bibər pərəstişkarları arasında ölüm nisbəti dörddə bir qədər az olur. Bibərin istifadəsinin ölüm riskini azaltdığını izah edən ekspertlər, bunu, sözügedən kəskin məhsulun tərkibindəki komponentlərinin təsiri ilə əlaqələndirirlər. Bibərdən müntəzəm istifadə oksidant, iltihab və xərçəng şişi əleyhinə səmərəli təsir etməklə yanaşı qanda qlükoza səviyyəsinin normallaşmasına kömək edir.

Azərbaycanın dərman bitkiləri

[redaktə | mənbəni redaktə et]

Digər növləri

[redaktə | mənbəni redaktə et]