B vitamini
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
B Vitamini
[redaktə | mənbəni redaktə et]Bitki və heyvan mənşəli qidaların tərkibində olur. Suda həll olan vitamindir. B qrup vitaminlərinə B1, B2, B6, B12 aiddir.
B1 vitamini
[redaktə | mənbəni redaktə et]B1 vitamini orqanizmin böyüməsi və inkişfı üçün çox faydalıdır. Əsasən, çörəkdə, yumurta sarısında, paxlalı bitkilərin toxumlarında və az miqdarda ispanaq, kələm, soğan, yerkökü, almada olur. Bu vitaminə sutkalıq ehtiyac 2–3 mqdır. B1 vitamini orqanizmin fizioloji proseslərinin düzgün getməsi, əsasən, sinir sisteminin, ürəyin və əzələlərin normal fəaliyyəti üçün zəruridir. Qidada B1 vitamini çatışmadıqda beri-beri ağır xəstəlik baş verir. Bu zaman sinir sisteminin, ürək-damar fəaliyyəti pozulur, tez yorulur, iştaha itir, insan arıqlayır. Hətta qıcolmalar, iflicolma hadisəsi baş verir.
Keçmiş zamanlarda beri-beri xəstəliyi əsas qidası düyü olan ölkələrdə, xüsusilə, Sakit okeanın bəzi adalarında geniş yayılmışdır.
B2 vitamini
[redaktə | mənbəni redaktə et]Bu vitamin ət, süd, qaraciyər, yumurta, pomidor, ispanaq, kələm, meyvə və tərəvəzələrdə daha üstünlük təşkil edir. B2 vitamininə sutkalıq tələbat 2–3 mqdır. Əgər qidalarda lazımı qədər bu vitamin olmazsa, gözün görmə qabiliyyəti zəifləyir, katarakta xəstəliyi əmələ gəlir. Hətta ağız boşluğunun selikli qişası zədələnir.
B5 vitamini
[redaktə | mənbəni redaktə et]Bu vitamin insan orqanizmində çatışmadıqda, sinir sistemi, dəri, bağırsaq xəstəlikləri yaranır. Sutkalıq norması 20 mqdır. Ən çox qaraciyər, pendir, yumurta, qarğıdalı unu, paxlalı bitkilərdə olur.