Azərbaycan Respublikasının xalq artisti
Azərbaycan Respublikasının xalq artisti | |
---|---|
Fəxri adın döş nişanı (2009-cu ildən) |
|
Ölkə | Azərbaycan |
Tip | fəxri ad |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 22 may 1998[a] |
İlk təltif | |
Son təltif | |
Təltif sayı | 296 |
Ardıcıllıq | |
Aşağı mükafat | Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi |
Müvafiqdir | Azərbaycan SSR xalq artisti |
Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad.
Fəxri adın verilmə üsulu
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə verir.
Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.[1] Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.[1]
Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər[1]:
- fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda
- Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə
Təsis olunması
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya Sənani və Roza Tağıyevaya verilmişdir.[2] 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır.[3]
Döş nişanı və vəsiqəsi
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.
1998 – 2008 | 2009 – indiyə kimi | |
---|---|---|
Döş nişanı | ||
Fəxri ad vəsiqəsi | ||
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR xalq artisti
- Azərbaycan Respublikasının xalq artistlərinin siyahısı
- Azərbaycan Respublikasının dövlət təltifləri
- Azərbaycanın fəxri adları
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Azərbaycan Respublikasının Fəxri adları haqqında ƏSASNAMƏ Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine Qanun.az
- ↑ "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
- ↑ "Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.