Alleqoriya
Alleqoriya və ya təmsil — hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Orta əsrlər ədəbiyyatında alleqoriyadan geniş istifadə olunurdu. Yazıçılar və şairlər ədalət, xeyir, şər və s. haqqında fikirlərini antik mifolofiyadan aldıqları surətlər vasitəsilə ifadə edirdilər. Alleqoriya romantizmdə də mühüm yer tuturdu. Alleqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş istifadə edilir. Məsələn, belə əsərlərdə çox vaxt tülkü surəti – hiyləgər adamları, qurd – acgözləri, aslan - igid və mərd, ayi-qanmaz, nadan adamları təmsil edir.
Məhəmməd Füzulinin "Bəngü Badə", Mirzə Ələkbər Sabirin "Tülki və qarğa" əsərləri alleqorik əsərlərdir.
Dünya ədəbiyyatı tarixində ilk alleqoriyanın müəllifi Homer sayılır. Alleqoriya sözünün etimalogiyası isə latın dilindən "məclis, yığıncaq" mənasına gəlir. Ən tanınmış alleqoriyalardan biri də antik yunan filosofu Platonun "The Republic" adlı daha geniş əsərinin bir parçası olan "Allegory of the cave" alleqoriyasidir. Belə ki müəllif burada, həyatları boyu bir mağarada zəncirlənərək həbs olunmuş və sadəcə boş divarlari görməyə məhkum bir qrup mağara adamından danışır. İnsanlar mağaradan kənar dünyada baş verənləri və obyektləri sadəcə mağarada qaladıqları ocaqdan divarlara yansıyan kölgələr vasitəsilə görürlər. Zamanla onlar gördüklərini təsvir etmək üçün ünsiyyət vasitəsi olan dildən ve sözlərdən istifadə edirlər. Alleqoriyada mağaradakıların həyatları boyu gördükləri yeganə şeyi- kölgələrini həqiqət kimi qəbullanmalarından danışılır. Ta ki, onlardan biri mağaranın xaricinə çıxış yolu əldə edir və kölgələrdən də böyük həqiqətlərin olduğunu öyrənən ana qədər. Daha sonra o, gördüklərini digərlerinə danışır, lakin insanlar ona inanmamaqla yanaşı həm de onun hamını buradan azad etmək səylərinə də şiddətlə müqavimət göstərirlər.
Bu filosofun sadə alleqoriyalarından biridir ve mağaranin xaricində daha böyük həqiqət və elmin mövcudluğunu qavrayan mağara adamının digərlərini də bundan xəbərdar edib, öz vəzifəsi kimi onları xilas etməyə çalışmasından və özlərini daha bilikli zənn etmələrinin nəticəsində ona laqeyid yanaşıb, görməzdən gələnlərin axmaqlığından bəhs edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978, səh.9
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]