Adil Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adil Əliyev
bayraq
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
8 iyul 2024-cü ildən
ƏvvəlkiƏziz Əzizov
Vəzifədədir
2000-ci ildən
ƏvvəlkiAzər Həsənsoy
10 mart 2020 – 9 iyul 2024
ƏvvəlkiZiyafət Əsgərov
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin III, IV, VVI çağırış deputatı
bayraq2
2 dekabr 2005 – 9 iyul 2024
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 20 saylı Nərimanov ikinci
Əvvəlkivəzifə təsis edildi
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1969(1969-09-25) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi
Polis polkovniki
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "İgidliyə görə" medalı — 2005 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 2021 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti (2000-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədr müavini (2020–2024), Milli Məclisin III, IV, VVI çağırış deputatı (2005–2024).

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [https://www.pa.edu.az/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailəlidir, üç övladı var.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

20 saylı Nərimanov II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi III, IV, VVI çağırış deputatı seçilmişdir.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləyib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir.[1]

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir.[2]

8 iyul 2024-cü ildə Adil Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 2000–2008-ci illərdə federasiya Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası adlanmış, həmin ildə müstəqil iki federasiyaya — Azərbaycan Kikboksinq Federsiyası və Azərbaycan Muey-Tay Federasiyasına bölünmüşdür.
  1. A. A. Əliyevin Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI [ölü keçid]
  2. "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  3. "A.A.Əliyevin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  4. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.