0
Naviqasiyaya keç
Axtarışa keç
2894(
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Riyaziyyatda
[redaktə | mənbəni redaktə et]Sıfırın əsas xassələri
[redaktə | mənbəni redaktə et]- İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur.
- İstənilən ədədin 0-a hasili sıfra bərabərdir.
- Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir.
- 0 nə tək ədəddir, nə də cüt ədəddir.
- 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
- Sıfra bölmək olmaz. Belə ki, əgər , onda bölmənin tərifinə görə olmalıdır, eyni zamanda istənilən b üçün sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur.
- Sıfır faktorial birə bərabərdir.
Əsas hesablamalarda
[redaktə | mənbəni redaktə et]Əsas hesablama zamanı ədədi 0-a vurub böldükdə sıfır, 0-dan çıxdıqda mənfi, topladıqda isə müsbət alınır.
Say sistemində
[redaktə | mənbəni redaktə et]Say sistemlərində sıfırdan geniş istifadə olunur, sıfır mərtəbələrin yüksəldiyini bildirir. İkilik, səkkizlik, onluq, ve onaltılıq say sistemində sıfır vardır. Sıfır riyazi çəki kəsb etmir, yəni sıfır dedikdə təsəvvürə "boşluq", "heç bir şey" gəlir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.