Kilimancaro
Klimancaro dağı | |
---|---|
suah. Kilimanjaro, ing. Mount Kilimanjaro | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Böyük Rift Dərəsi |
Mütləq hündürlüyü | 5895[1] |
İlk fəthi | 1889 (Hans Mayer, Lüdviq Purtşeller) |
Yerləşməsi | |
3°04′00″ c. e. 37°21′33″ ş. u.HGYO | |
Ölkə | Tanzaniya |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilimancaro — Afrikanın ən yüksək zirvəsi. Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro 5,895 metr (19,341 ft) hündürlükdədir.
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Kilimancaro adının mənşəyi məlum deyil, lakin bir sıra fərziyələr mövcuddur. Avropalı tədqiqatçılar bu adın 1860-cı ilə qədər qəbul edildiyini və Kilimancaronun Suahili adı olduğunu bildirdilər.[2]
"The Nuttall Encyclopædia"nın 1907-ci il nəşrində də dağın adı Kilima-Njaro olaraq qeyd olunur.[3]
Con Ludviq Kraf 1860-cı ildə yazdı ki, suahililər sahil boyunca dağı Kilimancaro adlandırırlar. Heç bir əsas təqdim etməsə də, iddia edirdi ki, Kilimancaro "böyüklük dağı" və ya "karvan dağı" deməkdir. Sonuncu mənaya əsasən kilima dağ, jaro isə karvanlar demək idi.[2] Cim Tompson 1885-ci ildə yenidən heç bir əsası olmadan iddia etdi ki, Kilima-Njaro termini ümumiyyətlə böyüklük (njaro) dağı (klima) mənasını verir. O, eyni zamanda sözün "ağ dağa" mənasını verə biləcəyi fikrini də irəli sürdü.[4] Njaro, parıldamaq mənasında qədim bir suahili sözündəndir.
1880-ci illərdə dağ Almaniya Şərqi Afrikasının bir hissəsinə çevrildi və suahili dilindəki varianta uyğun olaraq Alman dilində Kilima-Ndscharo adlandırıldı.[5] 6 oktyabr 1889-cu ildə Hans Meyer Kibo krater silsiləsində ən yüksək zirvəyə çatdı. Buraya Kaiser-Vilhelm-Spitze (Kaiser Vilhelm zirvəsi) adını verdi.[6] Bu ad 1964-cü ildə Tanzaniya yaranana və zirvənin suahili dilində azadlıq zirvəsi mənasını verən Uhuru Peak adlandırıldığı zamana qədər istifadə edildi.[7]
Geologiyası
[redaktə | mənbəni redaktə et]Kilimancaro, üç fərqli vulkan konusundan: Kibo (ən hündürü), Mavenzi (5,149 metr (16,893 ft)) və ən alçağı, Şira (4,005 metr (13,140 ft)) ibarət böyük bir qarışıq vulkandır. Mavenzi və Şira sönmüş vulkanlardır, Kiboda isə, yenidən püskürmə ola bilər.
Kilimancaro dağının ekvatordan cəmi üç dərəcə aralı yerləşməsinə baxmayaraq hər iki zirvə, Kibo və Mavenzi daim qarla və buzla örtülüdür. Uhuri təpəsi Kibonun və bütün Kilimancaro dağı massivinin ən yüksək nöqtəsidir. Kibonun zirvəsində Gilman təpəsi yerləşir.
Planda oval şəkilli nəhəng Kilimancaro massivinin uzunluğu 100 km, eni isə 60 km təşkil edir. Onun mərkəzində başı buludlara qədər üç zirvə ucalır: Şira (4,005 metr (13,140 ft)), Mavenzi (5,149 metr (16,893 ft)) və Kilimancaronun və ya Kibonun özü (5,895 metr (19,341 ft)). Bu, bir-birinə bitişmiş üç böyük qədim vulkandan yalnız Kibo, hazırda fəaliyyət nişanələri ilə seçilir. Onun zirvəsində en kəsiyi 2 km və dərinliyi 200 m olan böyük krater yerləşir. Kraterin dibində en kəsiyi 800 m olan dairəvi boğazlı daha bir lava konusu yüksəlir. Bu boğazın bəzi yerlərindən boğucu vulkan qazları püskürür.
İnanclar
[redaktə | mənbəni redaktə et]Şərqi Afrikada yayılmış Suahili dilində Kilimancaro dağının adı "parıldayan" mənasını verir. Həqiqətən də, Kibonun buludlarla örtülməmiş qar papağı sabahın erkən və axşam saatlarında günəş şüaları altında saf gümüş kimi parıldayır. Deyilənlərə görə, keçmişlərdə yerli tayfalar heç zaman qar və buz görmədikləri üçün doğrudan da Kibonun zirvəsinin qiymətli metaldan ibarət olduğuna inanırmışlar. Ancaq yerli sakinlərdən heç kim bu gümanı yoxlamaq üçün Kilimancaroya qalxmağa cəsarət etmirmiş. İnanca görə dağın yamacları "qara ruhların" məskəni imiş və onların rahatlığını pozan hər kəs amansızcasına cəzalandırılacaqmış. Bununla belə, deyilənlərə görə yerli tayfa başçılarından biri öz döyüşçülərini gümüş gətirmək üçün Kibonun zirvəsinə göndərib və həmin o gümüş onların əllərində əriyib. Beləliklə, döyüşçülər əliboş qayıdıb. Onlar Kilimancaroda yalnız buzun soyuq hökmü ilə qarşılaşıblar. Beləliklə, bu böyük vulkanın "soyuq Allahın məskəni" adı meydana gəlib. Afrikanın qızmar havası ilğımında dağın aşağı hissəsi mavi səma fonunda demək olar ki, seçilmir və Kilimancaronun qar papağı beləcə digər ağ buludlar arasında sanki düzəngah üzərində süzürmüş kimi görünür. Dağ, bulud örtüyündən azad olduğu anlarda, yaşıllaşan ekvator meşələri fonunda məğrurcasına ucalan Kibonun yüksək kəsik konusundan göz çəkmək mümkün deyil. Kilimancaronun ətəyində yaşayan xalqlar onu müqəddəs hesab etmiş, "sevinc və xoşbəxtlik Allahı" kimi sitayiş etmişlər. Axı, dağın yamaclarından axan çaylar və irmaqlar onların əkin sahələrinə, otlaqlarına həyat, dağın zirvəsini örtən buludlar isə bərəklətli yağış verir.[8]
Bitki örtüyü
[redaktə | mənbəni redaktə et]Təbii meşələr Kilimancaro üzərindəki təxminən 1,000 km2 sahəni əhatə edir.[9] Dağətəyi ərazidə qarğıdalı, lobya, günəbaxan və qərb tərəfdən buğda əkilir. Həmçinin burada akasiya, kombretum, və terminaliya ilə birlikdə keçmiş savanna bitkilərinin qalıqları da meydana gəlir. 2,780 metr (9,120 ft) hündürlükdəki Maundi kraterində aparılan qeydlər Kilimancaronun bitki örtüyünün zamanla dəyişdiyini göstərir.
Heyvanat aləmi
[redaktə | mənbəni redaktə et]Kilimancaro üzərində böyük heyvanlar nadirdir və meşələrdə və dağın aşağı hissələrində daha tez-tez rast gəlinir. Fillər və kəllər səyahətçilər üçün təhlükəli ola biləcək heyvanlar arasındadır. Buqələmunlar, dukerlər, herpesitidae də həmçinin burada rast gəlinmişdir. Şira platosunda zebrlər, bəbirlər və kaftarlar da çox nadir hallarda müşahidə edilmişdir.[10] Dağ ilə əlaqəli xüsusi növlər arasında Kilimanjaro shrew[11] və Kinyongia tavetana daxildir.[12]
İqlimi
[redaktə | mənbəni redaktə et]Kilimancaronun iqlimi, dağın hündürlüyündən təsirlənir, bu da ekvatorial passatların və yüksək hündürlükdə qərb küləklərinin eyni vaxtda təsirinə imkan verir. Kilimancaroda şimal tərəfindən daha çox cənub yamacında hakim olan brizlər əsir. Düzənlik cənub yamacı daha çox uzanır və atmosferə daha güclü təsir göstərir.[13]
Kilimanjaro'da iki fərqli yağışlı mövsüm var, biri mart-may ayları, digəri isə noyabr ayıdır. Şimal yamaclarına cənub yamaclarına nisbətən daha az yağış yağır.[9] Alp zonasında illik yağıntı 200 millimetr (7.9 düym)-ə qədər azalır.[14]
Zirvədə orta temperatur təxminən −7 °C (19 °F)-dir. Şimal Buz Sahəsində gecə səthin temperaturu orta hesabla −9 °C (16 °F)-ə qədər düşür. Gündüz orta yüksək temperatur −4 °C (25 °F)-dir.[15]
Hazırda Kilimancaro qlobal istiləşməyə qurban gedir. Ohayo Universitetinin araşdırmalarına görə dünyanın ən gözəl mənzərələrindən biri sayılan Kilimancaro dağında 20 ildən sonra qar qalmayacaq. 1912-ci ildən bu günə qədər zirvədəki qar həcminin 85 faizi əriyib və bu sürətlə 20 il sonra Afrikanın ən yüksək zirvəsində də qar olmayacaq[16].
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Kilimancaro dağı Şimali Tanzaniyada, Afrika riftinin şərq hissəsinin cənub qurtaracağında, onun şərq cinahında yerləşən aktiv stratovulkandır. O, qərb, şimal qərb istiqamətdə uzanan təqribən 95x65 km ölçüdə qalxanvari ərazidə yerləşir. Ərazinin Kibo kəsimində Uhuru zirvəsi 5895 m-ə çatır. Şira vulkan mərkəzi və qayalıqları Kibodan cənubda 8 km və 40 km arasında, yüksəkliyi 3000 m və 4200 m olan ərazidə yerləşir və coğrafi cəhətdən Şira yaylasını (Shira, Platean), Şira qılıncını (Shira Pidge), Şira saborunu (Shira Cathedral), Şərqi Şira təpəsini (East Shira Hill) və asalak vulkan konusunu (cone place) ehtiva edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dağ qədimdən bəri afrikalılara məlum idi. Ptolemey tərəfindən qeydə alınan dənizçilərin hesabatlarında "ay dağı" və Kilimancaroya nişan verə bilən Nilin bir gölündən bəhs olunur; lakin mövcud tarixi məlumatlar Şərqi Afrikada Keniya dağı, Efiopiya dağları, Virunga dağları, Ruenzori dağları və Kilimanjaro kimi digərləri arasında fərq qoyulmasına imkan vermir. Ptolemeydən əvvəl Esxil və Herodot "Misir qarla bəsləndi" deyərkən müvafiq olaraq iki dağ arasındakı bulağa istinad edirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Global Volcanism Program [1] Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine
- ↑ 1 2 Johann Ludwig Krapf; Ernest George Ravenstein. Travels, Researches, and Missionary Labours, During an Eighteen Years' Residence in Eastern Africa: Together with Journeys to Jagga, Usambara, Ukambani, Shoa, Abessinia and Khartum, and a Coasting Voyage from Nombaz to Cape Delgado. Trübner and Company, Paternoster Row. 1860. səh. 255. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.
- ↑ James Wood. "Kilima-Njaro". 1907 Nuttall Encyclopædia of General Knowledge. fromoldbooks.org. 1907. 17 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2015.
- ↑ Thomson, Joseph. "Through Masai land: a journey of exploration among the snowclad volcanic mountains and strange tribes of eastern equatorial Africa, authored by Johann Ludwig Krapf and Ernest George Ravenstein, Low, Marston, Searle, & Rivington, London, 1887". 1887. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.
- ↑ Briggs, Philip (1996): "Guide to Tanzania; 2nd edition." Bradt Guides.
- ↑ Demhardt, I.J. GERMAN CONTRIBUTIONS TO THE CARTOGRAPHY OF SOUTH WEST AND EAST AFRICA FROM MID 19th CENTURY TO WORLD WAR I (PDF). University of Technology Darmstadt. 17 iyul 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 iyul 2015.
- ↑ D. F. O. Dangar. "Dangar Alpine Notes" (PDF). The Alpine Journal. 70 (310–311). 1965: 328. 2013-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-11-26.
- ↑ Charles Dundas. Kilimanjaro and Its People: A History of Wachagga, their Laws, Customs and Legends, Together with Some. Routledge. 12 noyabr 2012. 84–88. ISBN 978-1-136-24940-2. 23 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
- ↑ 1 2 Hemp, Andreas. "Continuum or zonation? Altitudinal gradients in the forest vegetation of Mt. Kilimanjaro". Plant Ecology. 184. 2006: 27–42. doi:10.1007/s11258-005-9049-4. ISSN 1385-0237.
- ↑ Cameron M. Burns. Kilimanjaro & East Africa: A Climbing and Trekking Guide. The Mountaineers Books. 2006. səh. 50. ISBN 978-0-89886-604-9. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.
- ↑ "Climbing Mount Kilimanjaro". IUCN Red List of Threatened Species. Ascend Tanzania. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2019.
- ↑ "Kinyongia tavetana (STEINDACHNER, 1891)". The Reptile Database. Zoological Museum Hamburg. 19 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2015.
- ↑ Gillman, C. "An Ascent of Kilimanjaro". The Geographical Journal. 61 (1). 1923: 1–21. doi:10.2307/1780513. JSTOR 1780513.
- ↑ Hemp, Andreas. "Introduced plants on Kilimanjaro: Tourism and its impact". Plant Ecology. 197. 2008: 17–29. doi:10.1007/s11258-007-9356-z.
- ↑ Vijay P. Singh; Pratap Singh; Umesh K. Haritashya. Encyclopedia of Snow, Ice and Glaciers. Springer Science & Business Media. 1 iyul 2011. ISBN 978-90-481-2641-5. 23 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.
- ↑ "Afrikada qar tapmaq müşkül məsələ olacaq". 2009-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-04.
Qalereya
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]