[go: up one dir, main page]

Məzmuna keç

əski

Wiktionary saytından

azərbaycanca: əski

Mənalar :

  1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz. – Zeynal əski bir şkafı köndələn qoymaqla şüşəbəndi ikiyə bölmüş, açıq qalan yerinə də bir pərdə asmaqla Səlimi öz ailəsindən ayırmışdı. S.Hüseyn. Hər əski ənənə, hər əski adət; Məhəbbət, iztirab, gülüş, qiyafət: Məncə, bıqdırırdı bəşəri hər an. S.Vurğun. // Köhnəlmiş, yıpranmış, xarab olmuş. Əski şeylər. Əski paltar. Əski bir bina.
  2. Qədim, keçmiş dövrlərə aid. Bu yerlərin əski əhalisi. Ölmüş əski dillər. Əski dinlərin qalıqları. Əski abidələr. – Bu əski əfsanə gülünc olsa da; Qalmış əsrlərcə qoca yadigar. S.Vurğun.
  3. Çoxdankı, köhnə. Əski dost. – [Nadir] bir cəhətdən də [Məcidin] gəlməsinə və əski yoldaşı ilə görüşməyinə şad idi. B.Talıblı. Bu gün mən başqa bir dünyaya çıxdım; O əski, lap əski qərargahımdan. S.Vurğun.
  4. Təcrübəli, qocaman. Əski müəllim. Əski usta. Əski həkim. – [Möhsünzadə] yenə Zeynalın vəziyyətinə girmək, ona bir az yardım etmək istəyirdi. Hər necə olsa o, əski bir işçi idi. S.Hüseyn. // Yaşlı. Əski adamdır, cavan görünməsinə baxma. ◊ Əski hamam, əski tas – heç bir şey dəyişməyib, köhnə halında qalmışdır. Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı? Dinmə, danışma, yat, balam, sən deyən olmayıb hələ! M.Ə.Sabir. [Surxay Aydına:] Sənin isə düşündüyün fədəm-dəmə, istəklərin damdan-dama, etdiklərinə gəlincə, əski tas, əski hamam. C.Cabbarlı. [Azər:] Artdıqca bilgilər, artır ehtiras; Heç fərqi yox – əski hamam, əski tas. H.Cavid. Əski qapı, əski daban – bax əski hamam, əski tas. Qəzetçi, molla yazığın ağzını lap ovuşdurub; İndi yazır əski qapı, əski dabanı birbəbir. C.Cabbarlı

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]